Lökbatan 288 saylı məktəb Aygün Hüseynovanın şəxsi biznesinə çevrilib -İLGİNC

Lökbatan 288 saylı məktəb Aygün Hüseynovanın şəxsi biznesinə çevrilib -İLGİNC 1993-cü il yanvar ayının 9-dan etibarən QARADAĞ rayonu LÖKBATAN qəsəbə sakinlərinə  təlim-tədris, təhsil ocağı kimi fəaliyyətə başlayaraq xidmət edən Neftçi Qurbanov adına 288 saylı tam orta məktəb son illər , daha dəqiq desək hazırki rəhbərlik Aygün Hüseynova  təyin olunan gündən təhsil yox, rüşvət ocağına çevrilib.
Redaksiyamıza daxil olan şikayətlər bunu deməyə əsas verir ki, məktəbin şagird heyəti son illər təhsildən uzaq düşüb. 153 müəllim, 34 texniki işçi və təxmini 3 min heyəti olan məktəbdə artıq təhsildən çox rüşvətə önəm verilir. 2006-cı ildə dövlət tərəfindən əsaslı təmir olunan məktəb cari ilə qədər demək olar ki, hər il bütün siniflərdən pul yığılır, təmir, fond adı altında şagird və valideynlər incidilir.
Qeyd edək ki, redaksiyamıza müraciət edən 10-larla valideynin iddiasına görə Aygün Hüseynovanın məktəbi idarə etməyi bacarmır. Sözügedən 288 saylı məktəbdə təlim-tərbiyə demək olar ki, sıfıra bərabərdir. Yuxarı siniflərin davamiyyəti, aşağı sinif şagirdlərinin məktəbə gəlməməsi direktorun yalnız cibini doldurur. Dövlət hesabına məktəbə gələn təminat şagirdlərə pulla satılır, ibtidai siniflərdə müəllimlər kitab satışı ilə məşğul olur, orta sinif şagirdləri məcburi qaydada hazırlığa cəlb edilir. Direktor müəllimlərə hər növbədə hazırlıq keçməyə şərait yaradaraq dövlət məktəbini hazırlıq kurslarına çevirib.
Valideynlərin iddiasına görə hazırlığa gəlməyən və məktəbdən tələb olunan pulu ödəməyən şagirdlər müəllim, sinif rəhbəri və ən əsası direktor tərəfindən incidilir.
Ən çox ibtidai siniflər olmaqla, yuxarı sinif müəllimləri də daxil dərs zamanı şagirddən çox telefonla məşğul olur, “45 dəqiqəyə nə öyrədim” deyərək, “zəhmət çəkin, hazırlığa gəlin” deyə şagirdlərə təsir edirlər.
Bununlada yekunlaşmayan müəllimlər, istər cibləri, istərsə də birbaşa direktorun göstərişi ilə valideyn qruplarında təmir, fond, bayram və s. məqsədlər üçün pul yığılmasını tələb edirlər. Nəticədə direktor prinsip apararaq dərsdən kənarlaşdırdığı şağirdlər təhsildən uzaq düşür, bunu istəməyən valideynin yolu isə mütləq direktora “hörmət” etməkdən keçir.
Sözügedən iddialara əsaslanaraq, məktəbin telefon nömrəsi ilə əlaqə saxladıq, redaksiyamıza valideyn şikayətinin daxil olduğunu deyəndə Aygün xanım dəstəyi asdı. Bununla da iddiaların həqiqət olduğunu özüdə bilmədən təsdiq edən direktor Aygün Hüseynova ilə bağlı Elm və Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil İdarəsinə müraciət edir, Lökbatan qəsəbəsi 288 saylı tam orta məktəbi ciddi yoxlama aparılmasını xahiş edirik.(seher.media)
Məsələ diqqətimizdədir, mövzuya qayıdacayıq.
Geri qayıt