Çovdarovun məhkəməsində agentlərə ayrılan pullar elan edildi

Çovdarovun məhkəməsində agentlərə ayrılan pullar elan edildi Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Prosesdə sənədlərin tədqiqi mərhələsi davam edib.

İclasda dövlət büdcəsindən agentura şəbəkəsinin saxlanılması adı ilə 2 milyon 917 min manat pulun mənimsənilməsi epizodu üzrə sənədlər elan edilib. Proses davam edir.

İttihama görə, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi tərəfindən əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşlara və etibarlı şəxslərə mükafat kimi verilməsi adı ilə 920.00 manat, 455.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin təyinatı üzrə xərclənməyərək, ələ keçirilib.
Geri qayıt