Samir Şərifovun "qoruyucu mələyi" kimdir? - MÜƏMMA
- 27-01-2017, 16:13
- 2 074
Samir Şərifovun özü və komandası bütün bu ittihamları susqunluqla qarşıladı. Ancaq maraqlıdır ki, hazırda hətta çoxtirajlı olmayan bir çox saytlardan həmin materialları tapmaq müşkülə çevrilib. Yəni sözügedən tənqidi materiallar saytlardan silinib və əldə olunan centelmen razılaşmasına görə, maliyyə nazirinin adı həmin KİV-lərin “dostları” siyahısına salınıb. Azinforum.az əvvəllər Samir Şərifovu sərt tənqid edən bir neçə saytın axtarış bölümünə həmin adamın adı ilə sorğu verib və marqlı halla rastlaşıb. Sözügedən məzmunlu materialların köklü-dibli saytlardan silindiyi ortaya çıxıb. Mövzu ilə bağlı daha dəqiq informasiyalar əldə etmişik. Araşdırmamız tam başa çatandan sonra, ətraflı materialı təqdim edəcəyik.
azinforum