Azərbaycan etiraz etdi – Rusiya Qarabağla bağlı təkzib verdi
- 12-07-2017, 11:14
- 124 629
Faktla bağlı Azərbaycan tərəfinin ciddi etirazlarından sonra Rusiyanın Ermənistandakı sərhəd xidməti 10 iyulda təlimlə bağlı yaydığı xəbəri təkzib edib. Yeni açıqlamada təlimlərdən Dağlıq Qarabağ regionunun adı çıxarılıb.
“Rusiya FTX-nin Sərhəd İdarəsi Ermənistandakı təlimlər zamanı sərhəd pozucularının İran-Ermənistan sərhəddini pozmasına qarşı təlim keçirib”.