“Artıq Dilqəmlə Şahbazın adını belə, çəkən yoxdur” - Girov ailələri incik düşüblər
- 11-07-2017, 13:41
- 133 021
H.Həsənovun qardaşı Nail Həsənov Modern.az-a bu dəqiqələrdə qəbir ziyarətində olduqlarını bildirib:
“Ailə üzvlərimizlə birlikdə qəbir ziyarətindəyik. Əlimizdən başqa nə gəlir ki?..”.
Ömürlük erməni əsarətinə məhkum olunan D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a deyir ki, bu gün girovlarla bağlı hansısa tədbir keçirilməsi nəzərdə tutulmayıb:
“Bununla dövlət qurumları məşğul olmalıdır. Mən haradasa beş-on nəfərlə toplaşsam, nə dəyişəcək ki ?!”.
Cəzasının 19 ili qalan Ş.Quliyevin qardaşı İlham Quliyev Modern.az-a xeyli küskün danışıb:
“Üç il oldu, beş il oldu, bu, artıq heç kimi maraqlandırmır. Onların girov düşmələri, ermənilər tərəfindən qanunsuz həbs olunmaları yaddan çıxıb. Yenə əvvəllər yığışıb yalandan da olsa, vəd verirdilər, indi Dilqəm və Şahbazın adını belə çəkən yoxdur. Tam unudulublar”.