Avropa insan haqları kommissarı Dilqəmlə Şahbazın məsələsini icraata götürdü
- 7-07-2017, 12:52
- 113 392
Bu barədə DAA-nin prezidenti Rəşad Quliyev məlumat verib.
O bildirib ki, cavab məktubu Avropa İnsan Haqları Kommissarlığından göndərilib:
“Məktubda bildirilib ki, kəlbəcərli girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələ Avropa insan haqları kommissarı, cənab Nils Muiznieksin icraatına götürülüb”.
R.Quliyev beynəlxalq təşkilatların təzyiqi ilə girovların azadlığa qovuşacağına ümid etdiyini bildirib.