XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » İşçi öz nazirini tanımadı – MTN işi

İşçi öz nazirini tanımadı – MTN işi

İşçi öz nazirini tanımadı – MTN işi
5-07-2017, 20:30

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə hazırda həbsdə olan, general Sübahir Qurbanov və digərlərinin cinayət işində təqsirləndirilən Fərhad Atayev ifadə verib.
O, MTN-də işlədiyi üçün Akif Çovdarov və digərlərinin adını bildiyini deyib.
Fərhad Atayev qeyd edib ki, Akif Çovdarov və onunla birlikdə mühakimə olunan şəxslərlə münasibəti olmayıb. Fərhad Atayev onları tanımadığını deyib.
Digər şahidlər prosesə gəlmədiyi üçün onların barəsində məcburi gətirilmə qərarı qəbul edildiyi elan edilib.
Məhkəmə prosesi iyulun 10-da davam edəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.