Mərkəzi Bank iki tenderi "Ofis Plus"a verdi - NƏTİCƏ, MƏBLƏĞ

Aktual

Mərkəzi Bank dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı iki tenderin nəticələrini elan edib.

Xalqxeber.az FED.az-a istinadla xəbər verir ki, hər iki tenderin qalibi "Ofis Plus" MMC (VÖEN: 2005881591) seçilib.

Şirkətlə dəftərxana malları üçün 56 000, təsərrüfat malları üçün 109 885 manat məbləğində müqavilə imzalanıb.

İki tenderin birlikdə dəyəri 165 885 manatdır.