Birinci vitse-prezident işə qarışdı - Şəhidin borcu bağlandı
- 22-06-2017, 17:00
- 165 553
Məsələ ilə bağlı deputat Qənirə Paşayeva status yazaraq narahatlığını ifadə etmişdi. Bu xəbərin üstündən çox keçmədən millət vəkili "Qafqazinfo" ilə əlaqə saxlayıb və artıq problemin həll edildiyini bildirib.
O qeyd edib ki, hazırda şəhidin ailəsi ilə bərabər bankdadır:
“Bankın rəhbərliyi ilə görüşdük. Bank borcu öz üzərinə götürdü və hazırda bununla bağlı sənədlər hazırlanır. Hardasa 100 min manata yaxın borcdan söhbət gedir".
Deputat bildirib ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub:
"Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı”.