Vahid Mustayevdən ANS mesajı
- 19-06-2017, 11:33
- 59 356
Vahid Mustafayev bu barədə sosail şəbəkədəki şəxsi səhifəsində yazıb. ANS Şirkətlər Qrupunun saat kimi işlədiyini deyən şirkət rəhbəri barəsində məqalə yazanları obyektiv və qərəzsiz olmağa səsləyib. “ANS-in keçmiş prezidenti” fikri ilə razılaşmayan Vahid Mustafayev, özünün hazırda da ANS ŞQ-nin prezidenti olduğunu xatırladıb.
Həmin statusu oxucularımıza təqdim edirik:
"Bu gün Bakıda, 28 May küçəsində VMF Şirkəti, Azərbaycanda CASİO-nun eksklüziv Distribyutoru - Yeni G-SHOCK dükanı açdı! Vahid Mustafayevdə həmən tədbirə qatıldı ki, təbrik etsin həmkarlarını! Bu barədə pressa məqalələr yazdı. Normal məqalələrdi - həmişə yazdıqlarından fərqlənməyən bir yazılar - sadəcə Vahid müəllimin vəzifəsini "ANS-in keçmiş Prezidenti" kimi qələmə veriblər... :-) Hörmətli məqalə yazanlar - Məlumatınızın daha dəqiq olması üçün xatırlatmaq istəyirik ki, hadisə səbəbkarı VMF-də daxil olmaqla ANS Şirkətlər Qrupunu Vahid Mustafayev yaradıb və ən azı bu səbəbdən o "keçmiş" rəhbər ola bilməz!!! ANS Şirkətlər Qrupuna daxil olan cəmi 2 şirkətin müvəqqəti yayım lisenziyası dayandırılıb - amma bütün digər Şirkətlərimiz və yaranan yeni qurumlar çalışır və Vahid Mustafayev də onların inkişafına müvəffəqiyyətlə rəhbərlik edir və edəcək inşaAllah!!! Heç kim narahat olmasın!"