“Əsgərimizin nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlərin görülməlidir” - Zakir Həsənov
- 24-01-2017, 10:59
- 1 781
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub.
Müdafiə naziri keçən ilin dekabr ayının 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlərin görülməsinin zəruriliyini qonağın diqqətinə çatdırıb.
Səfir A.Kasprşik öz növbəsində qısa müddət ərzində bu istiqamətdə əlavə tədbirlərin görüləcəyinə və məsələnin tezliklə həll olunacağına əminliyini bildirib.