Naxçıvanın fəxri vətəndaşıyam, mənə şərait yaradın -HƏBSDƏKİ İCRA BAŞÇISI MƏHKƏMƏYƏ ÇIXARILDI
- 23-08-2021, 14:22
- 1 148
"Xalqxeber.az" Gununsesi.infoya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim sabiq icra başçısına hüquqlarını izah edib.
Daha sonra sabiq icra başçısının vəkili Elmar Kərimov mətbuat nümayəndələrinin məhkəmədə iştirakına etirazını bildirib və jurnalistlərin məhkəmə zalından çıxarılması ilə bağlı vəsatət verib: “Müvəkkilim mətbuat nümayəndələrinin prosesdə iştirak etmələrini istəmir”.
Hakim isə vəkilə açıq məhkəmə iclasının keçirildiyini bəyan edib.
Məhkəmə bu vəsatəti də təmin etməyib. Vəkillərin növbəti vəsatəti isə V.Hacıyevin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Penitensiar Xidmətin 1 saylı təcridxanasına köçürülməsi ilə bağlı olub. Bu vəsatətə növbəti məhkəmə prosesində münasibət bildiriləcək.
V.Hacıyev üzünü məhkəmə zalında iştirak edən mətbuat nümayəndələrinə tutub və “Naxçıvanın fəxri vətəndaşı olduğunu” bildirib, müalicəsi üçün “normal şərait yaradılmasını” ölkə rəhbərliyindən xahiş edib.
Vəkillər ittiham aktı ilə tanış olmadıqları üçün hazırlıq iclası sentyabrın 3-ə kimi təxirə salınıb.
Qeyd edək ki, istintaq orqanı tərəfindən V.Hacıyevə qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. DTX tərəfindən həbs olunan V.Hacıyevin evindən milyonlarla dollar və avro nəğd pul (qablaşdırılmış şəkildə) aşkarlanıb, habelə onun kabinetində yerləşdirilmiş gizli kamera icra başçısının rüşvəti necə topladığını qeydə alıb.