And içdiyi Konstitusiyaya hörmətsizlik edən Ombudsman cəzalandırılacaqmı?
- 23-08-2020, 11:08
- 1 325
Buna baxmayaraq, tutduğu vəzifə səlahiyyətlərindən, əlindəki imtiyazlardan istifafə edən bəzi şəxslər öz övladlarına, nəvərlərinə toy məclisləri təşkil etdilər. Məsələn, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev nəvəsi Fidan Əliyevaya toy mərasimi təşkil edərək bütün qayda-qanunları ayaq altına atmış oldu.
Əslində onun bu addımı atmaqda məqsədi insanlarda dövlətə qarşı inamsızlıq yaratmaqdan ibarət idi, hələ də özünü “toxunulmaz”, “əvəzolunmaz” hesab edən R.Mehdiyev bu hərəkəti ilə həm də “əzələ nümayiş” etdirmiş oldu.
Amma faydası olmadı. Qanun qarşısında hər kəs eyni şəkildə məsuliyyət daşıyır. R.Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası bu gün Abşeron rayon Məhkəməsinin hökmü ilə 15 sutkalıq həbs edildilər. Hər iki şəxsin qoluna qandal vuruldu.
R.Mehdiyevin nəvəsinin toy mərasimində YAP-ın İcra katibinin müavini, deputat Siyavuş Novruzov da iştirak edib. Dünən yerli mətbuata verdiyi açıqlamada “toyda iştirak etmişəm, düz eləmişəm” açıqlaması ilə S.Novruzov ölkə qanunlarına və xalqa olan “hörmətini” bir daha ortaya qoymuş oldu. O, karantin qaydalarını pozaraq toyda iştirak etdiyinə görə, YAP rəhbərliyi tərəfindən töhmət aldı.
Ancaq həmin toy məclisində S.Novruzovun həyat yoldaşı, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edirdi. Hesab edirik ki, Azərbaycan xalqının hüquqlarını qoruyacağına, insan hüquq və azadlıqlarının təminatçısı olacağına and içən S.Əliyeva da cəzalandırılmalıdır.
Bu məsələdə cəmiyyətin daimi lağ obyektinə çevrilən, öz ciddiliyini tamamilə itirən S.Novruzov kimi şəxsləri bəlkə də başa düşmək olardı, ancaq Ombudsmanın belə bir kobud qanun pozuntusuna yol verməsi qətiyyən başadüşülən deyil. Gözləyək, Azərbaycan Konstitusiyasına and içərək Ombudsman olan, daha sonra isə həmin Konstitusiyaya hörmətsizlik edən S.Əliyeva cəzalandırılacaqmı?
Samir Feyruzov (Azsiyasət.com)