Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir Əsgərov...
- 7-08-2020, 18:48
- 92 318
Cebhe.info xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
R.Nurullayev AZAL-la bağlı da məsələyə münasibət bildirib:
“Hörmətli deputatlar, Azərbaycan xalqı, hətta xeyli deputatlar, digər tez-tez səfər edən kəsim nəyə görə gedib başqa ölkələrə Gürcüstandan uçmalıdır? Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və s. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizlərsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəmələsiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin!”
Razi Nurullayev sonra qeyd edib ki, “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə hesabını isə bir neçə gün sonraya saxlayıb:
“Vaxt azdır, amma bəzi sənədləri əldə etmək istəyirəm və mütləq o sənədləri əldə edəcəyəm və canlı yayımda nümayiş etdirəcəyəm”.