"Əli Həsənovun niyyəti rəhbərliyi asılı vəziyyətdə saxlamaqdan ibarət olub"
- 2-08-2020, 13:11
- 1 325
Bunu ehtiyatda olan polkovnik Eldar Sabiroğlu deyib.
E.Sabiroğlu qeyd edib ki, bu yaramaz məxluqun xalqa etdiyi düşmənçiliyin tayı-bərabəri yoxdur: "Onun mətbuatı öz şəxsi maraqlarının əsirinə çevirməkdə məqsəd və niyyəti dövlət aparatında mövqeyini möhkəmləndirməklə yanaşı rəhbərliyi asılı vəziyyətdə saxlamaqdan ibarət olmuşdur. Bəzi mühacir TV-lərin başlatdığı antitəbliğatın baiskarı və səbəbkarı kimi də məhz Əli Həsənovun çirkin portreti göz önündən çəkilmir. O, həmişə cəmiyyət üzvləri arasında ziddiyyətlərin dərinləşməsində maraqlı olub və bu məsələdə mətbuatdan bir alət olaraq istifadə edib".(pravda)