Əli Həsənov mediadan birdəfəlik gedir - İDDİA
- 28-05-2020, 14:18
- 1 359
Bu arada isə Əli Həsənov daha bir qəraı ilə diqqətə gəlib.
Belə ki, Vertikal.Az-a danışan mənbə iddia edir ki, PA-nın sabiq şöbə müdiri gələn aydan media ilə bağlarını birdəfəlik qoparmağı qərarlaşdırıb. Söhbət Əli Həsənovun həyat yoldaşının rəhbrəlik etdiyi "Kaspi" və "Kaspiy" qəzetlərinin, kaspi.az saytının və digər media quruluşlarının qapadılmasından gedir.
Məlumatı verən mənbə iddia edir ki, bayramdan sonra Əli Həsənova aid media quruluşlarında çalışanlara birdəfəlik əlvida deyiləcək.
Xatırladaq ki, bu ilin əvvəlində KİVDF tərəfindən yuxarıda adları çəkilən KİV-lərin maliyyələşdirilməsi də dayandırılmışdı. Bundan sonra isə Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva Prezidentə müraciət etmişdi. Lakin bu müraciətə müsbət bir yana, heç bir reaksiya verilməmişdi.