Fatimənin anası 2-ci dəfə ərə gedib, nənəsi isə...
- 30-01-2020, 10:41
- 1 296
Cenubxeberleri.com-a istinadən xəbər veririk ki, Fatimənin atası İbrət Qəmbərov onun anası ilə rəsmi nikah olmadan bir yerdə yaşayıb və bir il sonra ayrılıblar. Atasının Fatiməgildən əvvəl başqa ailəsi olub. Anası daha sonra 2-ci dəfə ailə həyatı qurub Bakıya köçsə də, Fatimə Həsənli kəndində nənəsi ilə yaşayıb.
2019-cu ilin oktyabrında anası Fatimənin məktəbdən çıxarılması üçün təkid edib və onu Rusiyada yaşayan babasının yanına aparacağını bildirib. 2019-cu il noyabr ayının 1-də ananın təkidi ilə Fatimənin məsələsi məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib. Bundan əvvəl isə ailə Fatimənin 9-cu sinfi bitirməsi haqqında attestatı məktəbdən alıb.
İki ay sonra, yəni yanvarın 5-də Masallı Şadlıq zallarının birində onun üçün qız toyu olub, yanvarın 10-da isə İman üçün Çaxırlı kəndindəki “Möcüzə” Şadlıq Sarayında toy edilib və Fatimə Xoşçobanlı kəndinə gəlin köçüb.
19 yaşlı İnam isə boyu balaca olduğu üçün hərbi xidmətə getməyib, Sumqayıt şəhərində kolleclərin birində əyani təhsil alırmış. Onun özündən balaca iki bacısı da var. Atası hadisə baş verən gün Sumqayıta gedərək oğlunun ailəsi üçün kirayə ev axtarırmış.
Fatimə Qəmbərova bu gün dəfn olunacaq.