“Ştutqart” MMC-nin rəhbərliyi faktlar qarşısında susur
- 10-04-2017, 19:31
- 77 791
Qeyd edək ki, cəmiyyətdə “Ştutqart” mağazalar şəbəkəsinin millət vəkili Nəriman Əliyevə məxsus olduğunu bilməyən yoxdur. Sadəcə olaraq rəsmi sənədlərdə Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevin adı qeyd olunur. Əfqan Abdullayev isə Masallı rayon sakini, hazırda Bakı şəhərində yaşayan və uzun müddət “Ştutqart”da satıcı işləyən Fərhad Rəfiyevdən 300 000 manat dəyərində olan ev və maşınları hədə-qorxu ilə əlindən alıb. Səbəb isə onu göstərib ki, guya işlədiyi vaxt şirkətə ziyan vurub. Bunun üçün hüquqi yolla deyil, başqa vasitəyə əl ataraq vətəndaşın evini və maşınlarını əlindən alaraq öz adına keçirdib. Fərhad Rəfiyev isə başına gələnlərlə bağlı ölkə başçısına və digər dövlət qurumlarına müraciət edərək kömək istəyir.
NUH.az