Yunis Səfərov vəkilindən imtina etdi
- 7-01-2020, 14:12
- 1 681
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxır.
İclasda vəkillər prosesin audio və videoyazısının aparılması, cinayət işinin ibtidai istintaqa qaytarılması, maddi sübutlarla baxış keçirilməsi, bəzi təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi və digər vəsatətlər veriblər.
İclasda təqsirləndirilən Yunis Səfərov dövlət tərəfindən təyin edilən vəkildən imtina etdiyini bildirib və hüquqlarını vəkil Elçin Sadıqovun müdafiə etməsini istəyib.
Hazırlıq iclası yanvarın 8-də davam edəcək.