SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Bu gün ANS-in məhkəməsidir - Bərpa ediləcəkmi?

Bu gün ANS-in məhkəməsidir - Bərpa ediləcəkmi?

Tarix:

5-04-2017, 12:17

/ 60 779 dəfə oxundu.
Bu gün ANS-in məhkəməsidir - Bərpa ediləcəkmi?

Proses Ali Məhkəmədə keçiriləcək.

Bu gün saat 16:15-də Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçiriləcək.

Məlumata görə, kasassiya şikayəti Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli ANS ÇM-in Lisenziyasına xitam verilməsinə dair qərarından verilib.

Belə ki, Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli şikayəti əsasında ANS ÇM-in Lisenziyasının xitam verilməsinə dair qərar qəbul edilib. Sonradan ANS ÇM-in bununla bağlı Apellyasiya Məhkəməsinə müraciəti təmin edilməmişdi.

Bu gün isə Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə Apellyasiya Məhkəməsinin qərarından şikayətə baxılacaq.

Şərhlər

XƏBƏR LENTİ