“Təzə Bazar” yanıb, yoxsa yandırılıb? – İlginc məqamlar
- 4-04-2017, 17:52
- 66 816
Kecmişde oynaqlari nece müalicə edirdiler?
Qeyd edək ki, uzun müddətdir “Təzə Bazar” MMC-nin sahibləri olan Vaqif Şıxəliyev və vaxtilə yeznəsi olan Məmmədağa İbrahimov arasında ciddi narazılıq mövcuddur. Hətta bu narazılıq mülk davasına kimi gəlib çatıb. Belə ki, uzun zamandır “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevlə iş adamı arasında mülk davası var. Belə ki, “Təzə Bazar” MMC-yə hər iki iş adamı şərik olub. Və bazar uğrunda tərəflər arasında dəfələrlə dava baş verib. Hətta bu davalar kütləvi hal da alıb. Bazarda bir neçə dəfə baş verən kütləvi davalara polis əməkdaşları müdaxilə etməli olublar.
Onu da nəzərə çatdıraq ki, hər iki tərəf özlərinə yaxın mətbuat orqanlarında qarşı tərəflə bağlı kompromat məlumatlar ötürərək onlar barəsində uzün müddət informasiyalar yaymışlar.
Bu baxımdan, ötən gecə bazarda baş verən yanğın hadisəsi diqqətlə araşdırılmalıdır. Çünki rəhbərləri arasında narazılıq olan bazardakı yanğın hadisəsinin təxribat olması ehtimalı böyükdür. Hər iki tərəf – Vaqif Şıxəliyev və Məmmədağa İbrahimov hər zaman şərikinin ixtiyarında olan bazara zərər yetirmək, ona ziyan vurmaqda maraqlı olublar. Bu baxımdan istintaq orqanları xırda incəliklərə diqqət etməlidir.
Qeyd edək ki, Vaqif Şıxəliyev 1993-cü ildə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 1995-ci ilin avqust ayında bu postdan kənarlaşdırılıb. Hazırda bizneslə məşğuldur.
kivnews.com