Məhkəmə jurnalisti şərti cəzadan azad etməkdən imtina edib
- 7-11-2019, 13:13
- 815
Orucov bu qərardan apellyasiya verəcəyini bildirib, belə ki, qərar qərəzli və ədalətsizdir və “Kanal-13”ün obyektiv fəaliyyətinə görə qisas məqsədi güdür.
O qeyd edib ki, bu, hakim Həsənovanın ona qarşı ilk “qərəzli qərarı” deyil: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər. Bu cəza müddəti başa çatanda cinayət işi başlayıb, yenidən həbs-qətimkan tədbiri seçmişdilər. O zaman mənim haqqımda ilk həbs qərarını da sifarişlə bu hakim vermişdi”, deyə Orucov bildirib.
O qeyd edib ki, şərti cəza ona çətinliklər yaradır. Xüsusən, jurnalistin ölkədən çıxışına qadağa qoyulub, mütəmadi olaraq məhkəmə icraçılarıyla əlaqədə olmalı, onların çağırışlarına getməlidir.
Əziz Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 2018-ci ilin aprelində Ali Məhkəmə jurnalistin 3 il şərti cəza ilə azadlığa buraxılmasına qərar verib.
Əzizov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. (Turan IA)