SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Mehman Hüseynovun şikayəti təmin edilmədi

Mehman Hüseynovun şikayəti təmin edilmədi

Tarix:

28-03-2017, 22:28

/ 1 844 dəfə oxundu.
Mehman Hüseynovun şikayəti təmin edilmədi

Martın 28-də Səbail Rayon Məhkəməsində video-bloqqer Mehman Hüseynovun polis tərəfindən işgəncəyə məruz qalması barədə iddiası əsasında cinayət işinin başlaması tələbinin Bakı Şəhər Prokurorluğunun araşdırması nəticəsində rədd edilməsi ilə bağlı qərarından şikayətinə baxılıb.

Hakim Aytən Əliyevanın sədrlik etdiyi proses qapalı keçirilib. İclasda Mehman Hüseynovun iştirakı təmin edilib. Onun hüquqlarını vəkilləri Elçin Sadıqov və Fuad Ağayev müdafiə edib.

Vəkil Elçin Sadıqov jurnalistlərə bildirib ki, heç bir araşdırılma aparılmayıb: "Məhkəmə şikayəti heç bir əsas gətirmədən təmin etmədi. Tələsik qərar verdilər. Qərardan şikayət verəcəyik".

Xatırladaq ki, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

XƏBƏR LENTİ