“AMAY Abdulla”nın həbsdə olan şəriklərindən şikayət - MƏHKƏMƏ
- 23-07-2019, 12:52
- 1 007
Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxn Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası avqustun 15-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədov və Ramiz Quluzadə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından həbs olunublar.
Barələrində ev dustaqlığı qətimkan tədbiri seçilmiş digər şəxslərə isə şərti cəza verilib.
Qeyd edək ki, Xudafərin MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.
Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.
Xudafərin MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.