“Qaloş piri”nin sahibi həbs oluna bilər” - Hüquqşünas
- 10-06-2019, 15:45
- 1 053
Ekspertlər isə bunu bir dələduzluq əməli kimi qiymətləndirir, insanların inanc və etbarından sui-istifadə hesab edirlər.
Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu cinayət əməli olsa da, Azərbaycan şəraitində sübutu çətin məsələdir: “Burada hansısa cinayət tərkibindən söhbət gedirsə, daha çox dələduzluğa oxşayır. Dələduzluq isə Cinayət Məcəlləsinin 178-ci maddəsidir. Burada isə etibardan sui-istifadə etmə və ya aldatma, əmlakını mənimsəmə kimi məqamlar var. Bu əmələ görə 2 il azadlıqdan məhrumetmə cəzası verilə bilər. eyni əməllər təkrar törədildikdə, xeyli miqdarda zərər vurduqda bunun cəzası daha da ağırdır, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər. Dəymiş ziyanın miqdarından asılı olaraq 10 ilədək azadlıqdan məhrumetmə, xüsusilə ciddi olduqda isə 14 il cəza verilir”.
Ekspert onu da vurğuladı ki, bu əməli sübut etmək hüquq-mühafizə orqanları üçün çətin ola bilər: “Qarşı tərəf cavab verə bilər ki, siz inanmasanız da, əslində belədir, mən şəfa verirəm. Mən öz əqidəmə görə əminəm ki, Allahdan başqa heç kim insana xeyir və şəfa verə bilməz. Ancaq nəzərə alsaq ki, Azərbaycanda belə pirlər var. Mən onların fəaliyyəti ilə razı deyiləm, bunu İslam dininin əleyhinə olan bir məsələ hesab edirəm. Ancaq etiraf etməliyik ki, bu var və insanlar gedib şəfa istəyirlər. Həmin şəxs də hüquq-mühafizə orqanlarına deyə bilər ki, o zaman bütün pirlərin hamısı dələduzdur, niyə onların yox, məhz mənim fəaliyyətimə müdaxilə edirsiniz. O baxımdan Azərbaycan şəraitində bunu praktikada həyata keçirmək çətin olacaq”.