Vəkili döyən polislərə cinayət işi açıldı

Aktual

Azərbaycanda vəkil Orxan Kəngərlini döyən polislərə cinayət işi açılıb.
Bu haqda vəkil Adəm Məmmədov məlumat yayıb.

O, bildirib ki, 4-cü polis bölməsinin əməkdaşları cəzalandırıldıqdan sonra, bölmə rəisinin müavini və digər polis işçiləri barədə Bakı şəhər prokurorluğu tərəfindən AR CM-nin 4 maddəsi üzrə fakta görə cinayət işi başlanılıb.

Xatlrladaq ki, Orxan Kəngərli polislər tərəfindən döyüldüyünü ictimailəşdirdikdən sonra DİN-nin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə hadisəni təkzib edərək polisləri müdafiə etmişdi. Lakin sonradan nazir Ramil Usubovun əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb edilmişdilər.