Eldar Mahmudovun əmisi oğlu ev dustaqlığına buraxılmadı
- 1-05-2019, 14:38
- 920
Bakı Hərbi Məhkəməsində baş tutan prosesdə hazırlıq iclası keçirilib və anket məlumatları dəqiqləşdirilib. Dövlət Təhülkəsizlik Xidməti mülki iddiaçı kimi tanınıb.
Digər zərərçəkmişlər - Zaur Əzimov 320 min, Sahib Qurbanov isə 100 min manatlıq mülki iddia qaldırıblar. 3 milyon pulu alınan zərərçəkmiş, “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov isə prosesdə iştirak etməyib. Vəkillərin V.Mahmudovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.
Proses mayın 15-də davam etdiriləcək.
V.Mahmudov mənimsəmədə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə saxtakarlığı və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələrinin bir neçə bəndi üzrə ittiham olunur.