Mahmudovun maşın kolleksiyası – Markalar və şok məbləğdə qiymətlər
- 22-04-2019, 17:10
- 834
Vüqar Mahmudova məxsus 2014-cü il buraxılışlı “Toyota Camry minik” avtomaşının qiyməti 36.000 manat, 1988-ci il buraxılışlı “QAZ 2410 minik” markalı avtomaşının qiyməti 2300 manat, 1955-ci il buraxılışlı “Moskviç 401 minik” markalı avtomaşının qiyməti 50.000 manat, 1992-ci il buraxılışlı “Qaz 2410 minik” markalı avtomaşının qiyməti 2700 manat, 1991-ci il buraxılışlı ”QAZ 2410 minik” markalı avtomaşının qiyməti 2500 manat, 1987-ci il buraxılışlı “QAZ 2410” markalı avtomaşının qiyməti 2200, 1994-cü il buraxılışlı “QAZ 3102 minik” markalı avtomaşının qiyməti 3000 manat, 1971-ci il buraxılışlı “QAZ 24 minik” markalı avtomaşının qiyməti 20000 manat, 2015-ci il buraxılışlı 99 XP 598 dövlət qeydiyyat nişanlı “Jaguar XJ” markalı avtomaşının qiyməti 70.000 manat, 2013-cü il buraxılışlı “Gitroen C4 minik” markalı avtomaşının qiyməti 16.000 manat təşkil edib.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.