Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
- 22-04-2019, 00:28
- 1 250
Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhərİcra Hakimiyyətinə müvafiq göstərişlər verib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Meriya hər iki təkliflə bağlı Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib. Lakin Meriyanın təklif etdiyi yerlər nə Bəhram Bağırzadə, nə də Tahir İmanov tərəfindən bəyənilməyib.
Mənbə qeyd edir ki, hər iki əməkdar artist özlərinin təklif etdiyi yerlərə baxış keçirilmərisini israr edir.
Qeyd edək ki, B.Bağırzadə heykəlin “Kukla” teatrı ilə üzbəüz ərazidə ucladılmasını istəyir. Həmin yer isə müxtəlif illərdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün müzakirə predmeti olub.
T.İmanov isə şəhərin mərkəzi küçələrindən birinə babasının adının verilməsində israrlıdır…
Necə deyərlər, Meriya “bəylərə qız bəyəndirə bilmir”…