Çovdarov jurnalistləri istəyir, nəzarətçi yox - “MTN işi”ndə müəmma
- 18-01-2017, 12:32
- 1 999
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə açıq məhkəmə iclaslarına jurnalistlərin buraxılmaması müzakirə olunub.
A.Çovdarovun vəkili Kamandar Nəsibov jurnaslistlərə hakim H.Həsənovun onlara zala buraxılması üçün razılıq verdiyini deyib. Lakin məhkəmə binasının nəzarətçisi olan polis əməkdaşı media nümayəndələrinin girişinə icazə verməyib. O bildirib ki, Həbib Həsənov ona jurnalistləri buraxmamaq barədə göstəriş verib. H.Həsənov isə polisə belə bir tapşırıq vermədiyini deyib.
Ötən iclasda general Akif Çovdarov da media əhlinin prosesdə iştirak etməsini istədiyin deyib və iclaslara gizli girən jurnalisti ifşa edib: “Arxada oturan bığlı kişi burada olanları qərəzli şəkildə yazır”.
Həmin şəxs zərərçəkmişlərdən birinin nümayəndəsi olduğunu desə də, onun yalan danışdığı bəlli olub.