"Notariusda bağı deputatın xanımı Solmaz Şahverdiyevanın adına keçirtdik" - əməkdar artist
- 10-03-2017, 09:25
- 1 825
Bu sözləri əməkdar artist Firuzə İbadova müsahibəsində deyib. Aktrisa bağ sahəsinin millət vəkili Astan Şahverdiyevin həyat yoldaşı tərəfindən mənimsənildiyini iddia edib:
“Notariusda bağı deputatın xanımı Solmaz Şahverdiyevanın adına keçirtdik. Sonradan pulu ödəmədilər. Bu ərəfədə isə yeznələri qəzaya düşüb dünyasını dəyişdi. Dəfələrlə müraciət etsəm də, deputat pulun gerisini ödəmədi. Bütün sahəmi mənimsədi”.
F.İbadovanın sözlərinə görə, mübahisə ilə bağlı uzun müddət məhkəmə prosesi gedib:
“Xəzər rayon Məhkəməsi, Apelyasiya Məhkəməsi onların xeyrinə qərar çıxartdı. Ötən ilə qədər məhkəmələrdəydik. Mən müğənniyəm, özümü və övladımı çətinliklə dolandırıram. Ancaq millətə “otxod” deyən bir deputatın əməlinə “dur” deyən olmadı, bağ sahəmi əlimdən aldılar”.
Millət vəkili Astan Şahverdiyev isə hazırda İtaliyada olduğunu, ölkəyə qayıtdıqdan sonra F.İbadovanın ittihamına cavab verə biləcəyini dedi.