Cəbhə xəttində erməni təxribatı davam edir
- 17-12-2018, 10:19
- 1 947
Müdafiə Nazirliyinə istinadən xəbər veririk ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şirvanlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.