Mehman Hüseynovdan xəbər var: 5 nəfərlik kamera, AzTV...
- 6-03-2017, 12:56
- 1 691
Vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında bir az əvvəl Şüvəlan Təcridxanasında Mehman Hüseynovla görüşdüyünü yazıb:
"Həmişəki Mehmandır, əhvalı yüksəkdir, zarafatlarından qalmır. Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir.
Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi. Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır".