Sabiq komitə sədrinin qardaşı dələduzluğa görə mühakimə olunacaq

Aktual

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsini nəzarətə götürüb.
Bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat yayıb. "Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrimizə və qazilərimizə göstərdiyi böyük diqqəti ölkəmizdə insanlarımızın, demək olar ki, hamısı bilirlər. Şəhid ailələrimiz, qazilərimizlə görüşlərdə, bir sıra çıxışlarında da hər zaman insanlarımızı şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərməyə çağırıb. Bir çoxları bilməsə də, qeyd etməliyəm ki, ağır yaralanmış qazimiz, Qoşqar qardaşımız birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin "Gülhanə" hərbi hospitalına göndərilib və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olub. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyilə Qoşqar qardaşımız Gülhanə hərbi hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb", - deyə Qənirə Paşayeva bildirib.

Deputat qeyd edib ki, bu müddət ərzində o hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban Əliyeva göstərib: "Bakıya qayıtdıqdan sonra Hərbi Hospitalda müalicəsi davam etdirilib. Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib və ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını "dövlət qazisinə sahib çıxmır” və s. kimi doğru olmayan, sadəcə düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik”.
Millət vəkili vurğulayıb ki, bu, dövlətimizin maraqlarına zərbə vuran və düşmən sevindirən addımlardır: "Digər tərəfdən, hər zaman qazimizin yanında olan o insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb əslində qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları qeyd edirəm. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələrimiz və qazilərimizə dəstəyi hər zaman özlərinə bir borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbuata, adətən, məlumatlar vermirlər”.