“Krıtı Araz”a 10 il həbs tələb olundu
- 5-06-2018, 12:30
- 1 851
Hakim Rasim Sadıxovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək A. Fərəcov 10 il 7 ay, V.Musayev, Eltən Əliyev və Renad Zahirovun hər biri 10 il, Namiq Babayev 7 il, Elməddin Şahbazun digər cəzasının bu cəza ilə birləşməklə 18 il, Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İtthama görə, 8 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər. Dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nin əməliyyatı zamanı saxlanılıb.