Ağdamda vəziyyət necədir? - İcra başçısından açıqlama
- 25-02-2017, 13:26
- 2 064
Bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib. İcra başçısının sözlərinə görə, sosial şəbəkələrdə insanların evləri tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Heç kim evini tərk etməyib. Hamı əvvəlki günlərdə olduğu kimi öz həyatını yaşayır”.
Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.