Mikayıl Cabbarovun da Bakı meri postuna öz namizədi var - İDDİA
- 27-04-2018, 11:13
- 2 220
Son günlər ölkə mediasında bu posta müxtəlif vəzifəli şəxslərin adı çəkilir.
Gununsesi.info-nun araşdırması zamanı paytaxta rəhbərlik iddiasına düşən daha bir şəxsin kimliyi bəlli olub. Bu, “Azər Gold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimovdur. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Zakir İbrahimov Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanovun kürəkənidir.
O, həmçinin, vergilər naziri Mikayıl Cabbarovla bacanaqdır.
Zakir İbrahimovla bağlı araşdırmamızda o da bəlli olub ki, o, 1998-2004 cü illərdə “Azpetrol”da müxtəlif vəzifələr tutub.