Mirşahinin qardaşının azadlıq istəyi reallaşmadı
- 19-04-2018, 10:11
- 1 405
Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin icraatıda olan prosesdə elan edilən qərara əsasən M.Ağayevin şikayəti təmin edilməyib və o, həbsdə saxlanılıb.
İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, hökmdən şikayət verərək ona şərti cəza verilməsini və azadlığa buraxılmasını istəyib.