“Özünüzü təqdim etməyib cumursuz” - General Mirvətova+Video
- 21-02-2017, 21:02
- 2 307
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə fasilədən sonra davam edən prosesdə vəsatətlər təmin edilməyib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.
Polisin nəzarətində olan general Natavan Mirvətova məhkəmə binasından çıxarkən jurnalistlərə açıqlama verməsə də, bu dəfə medianın qarşısına çıxmaqdan çəkinməyib:
“Özünüzü təqdim etmirsiz, cumursuz. Müsahibə vermirəm, heç nə müsahibə verə bilmərəm. Haqsız, ədalətsiz şeylər yazırsız, yazmayın”.
Məhkəmə prosesi fevralın 28-də davam etdiriləcək.