Həbsdəki rabitəçi 4.4 milyonu geri qaytardı - MƏHƏMMƏD MƏMMƏDOVUN ƏMLAKLARI ÜZƏRİNDƏKİ HƏBS GÖTÜRÜLDÜ, ÖZÜ İSƏ AZADLIĞA ÇIXIR
- 21-02-2017, 13:15
- 1 575
Bilgiləndirən mənbənin sözlərinə görə, yaxın zamanlarda daha bir rabitəçi azadlığa qovuşacaq. Bu, “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədovdur. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ, 4 milyon 400 min manata edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. Mənbəmizin Məhəmməd Məmmədovun yaxın zamanlarda azadlığa buraxılacağını deyir.
Qeyd edək ki, Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ərli sürülüb. Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən «Aztelekom»un baş mühasibi Oqtay Rüstəmov də həbs edilənlər arasındadır.