Krimianal aləmin üzvləri həbsə göndərildi - “Bulaq”dakı atışmaya görə
- 28-02-2018, 17:52
- 1 636
Hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Tofiq Qaramirzadə 7 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Nağıyev və Araz Vəliyevin hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2016-ci ilin aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.