Daha hansı vəzifələrə təyinat gözlənilir - iki vəzifə yeri boşdur
- 19-01-2018, 17:25
- 1 844
Cebhe.info xəbər verir ki, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi və İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifələrinə hələlik təyinat edilməyib.
Qeyd edək ki, əvvəllər PA-da Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə olub. Fatma Abdullazdə 2005-2017-ci illərdə PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışmışdı. O, 2017-ci il iyunun 1-də vəzifəsindən azad edilib.
Məlumat üçün bildirək ki, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi iyunun 3-ü 2017-ci ildə yaradılıb. Hələ ki, şöbəyə müdir vəzifəsinə təyinat olmayıb.
Hazırda Prezident Administrasiyasında şöbələrin sayı 16-dır.