Generaldan açıqlama: DGK və Vergilər Nazirliyi birləşdirilir?
- 19-01-2018, 11:57
- 1 601
Komitə sədri bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bu barədə danışıb.
Aydın Əliyev bildirib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir:
"Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik".