Şeyxin qudasının oğluna 4 il iş istədilər
- 14-12-2017, 16:08
- 1 540
Prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı çıxış edərək Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə dekabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına zor tətbiq etməkdə ittiham edilir.