Beytulla Hüseynov qərardan narazıdır
- 12-12-2017, 16:11
- 1 471
Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzası 7 il 6 aya endirilib.
Lakin Hüsyenov bundan da narazı qalıb və Ali Məhkəməyə müraciətində cəzasının azaldılmasını və üzərinə həbs qoyulan əmlakların özünə qaytarılmasını istəyib. Şikayətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. İlk iclasın vaxtı yaxın günlərdə təyin ediləcək.