Kəmaləddin Heydərov Fazil Məmmədovun vəzifəsindən çıxarılmasından danışdı
- 8-12-2017, 16:34
- 3 418
Mətbuatda F.Məmmədovun vəzifəsindən azad olunması səbəbini digər məsələlərlə yanaşı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heyədorvla da bağlayanlar var. Belə ki, bəzi KİV-lərdə F.Məmmədovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətlərinin gərgin olduğu, lakin sonda məğlub olan sayca altıncı nazir olduğu yazılır.
Kəmaləddin Heydərov unikal.org-a açıqlamasında yazılanlar təkzib edib:
“Haqqımda yazılanlar cəfəngiyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.