İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq
- 8-12-2017, 09:26
- 1 591
Mənbənin məlumatına görə, eyni zamanda 1 dövlət komitəsi sədrinin və 10 yaxın icra başçısının da karyerasına son qoyulacaq: Dəyişikliklər əsasən iqtisadi nazirlik və komitəni əhatə edəcək. hətta bu nazirliklərin yenidən təşkili ehtimalı var. Bununla yanaşı, 10-a yaxın icra başçısının da yeniləri ilə əvəzlənməsi gözlənilir.
Mənbə kayerasını bitirəcək nazirlərin adlarını açıqlamasa da, onların da Fazil Məmmədov kimi gözlənilməz şəxslər olduğunu deyir: Artıq oliqarxların texnokratlara əvəzlənməsi prosesi gedir. Proses seçkiyə qədər də və seçkidən sonra da davam edəcək- deyə mənbə vurğulayıb.
2 gün öncə prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən çıxarılıb, onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib. Təhsil naziri postuna hələlik təyinat yoxdur.
istiqlal.az