Maşallah Əhmədov yenidən məhkəmə önündə
- 6-12-2017, 11:45
- 1 705
İttihama görə 350 min manat pulu M.Əhmədov tərəfindən mənimsənilən Y.Əzizov Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb. Apellyasiya Məhkəməsi M.Əhmədovun cəzasını 8 ildən 2 ilə endirib.
Y.Əzizov isə Ali Məhkəməyə müraciət edərək müddətin artırılması ilə cəzanın ağırlaşdırılmasını istəyib. Onun şikayəti icraata götürülüb, prosesə hakim İmran Hacıqayıbov sədrlik edir. İlk iclas 2018-ci il fevralın 8-də keçiriləcək.
Xatırladaq ki, M.Əhmədov bir neçə gün öncə cəzasının 4-də üç hissəsini çəkdiyi üçün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Ali Məhkəmə Y.Əzizovun şikayətini təmin edərsə, M.Əhmədov yenidən türməyə qayıda bilər.
O tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəməkdə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Əhmədov 2017-ci il yanvarın 30-da məhkəmə zalında həbs edilib.