DİN-dən həbs olunduğu deyilən futbolçularla bağlı açıqlama - "Bəlkə harasa gəzməyə gediblər?"
- 30-11-2017, 12:29
- 1 308
Hər iki yarımmüdafiəçinin danışılmış oyunda iştirak etdiyi iddia olunur.
Görəsən, futbolçular harada saxlanılır? Yenicag.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi, polkovnik Ehsan Zahidov Seyidovla Hacıyevin polis tərəfindən saxlanılmadığını bildirib:
“Bizim araşdırmamıza görə, onların məhz polis tərəfindən saxlanıldığı təsdiqlənmir. Ola bilər ki, futbolçuları prokurorluq saxlayıb. Bəlkə də harasa gəzməyə gediblər. Klubu, məşqçiləri ilə əlaqə saxlamaq lazımdır. Bəlkə onlar nəsə bilirlər”.
Qeyd edək ki, klub prezidenti Zaur Axundov da futbolçuların harada saxlanıldığından xəbərsiz olduğunu söyləyib.