Nazpəri Dostəliyevanın evini qarət edən şəxsin şikayəti rədd edildi

Aktual

Bu gün Nəsimi rayon Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Asif Həmidovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, vəsatət təmin edilməyib.

İttihama görə, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar. Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.